Modern.az

Ümumxalq Hüzn Günündə Bakıya qar yağacaq

Ümumxalq Hüzn Günündə Bakıya qar yağacaq

19 Yanvar 2011, 10:49

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında Yanvarın 20-də hava şəraitinin buludlu keçəcəyi, sulu qar, qar yağacağı, gündüz qarın tədricən kəsəcəyi ehtimal olunur. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.Havanın temperaturu gecə 0-2, gündüz 3-5 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Yanvarın 20-də hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı, gündüz bəzi yerlərdə qarın tədricən kəsəcəyi ehtimal olunur. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir