Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mütəxəssisləri ABŞ-ın Dallas şəhərində (Virciniya ştatı) səfərdədir. Səfər çərçivəsində RİTN nümayəndələri Azərbaycanın Azərspace ilk telekommunikasiya peykinin işlənib hazırlanmasını həyata keçirən Orbital Sciences Corporation şirkətinin qərargahında təşkil olunmuş toplantıda iştirak edəcək.
RİTN-in mətbuat xidmətindən verilən məlumata görə, ilkin layihə icmalı (Preliminary Design Review - PDR) üzrə toplantıda peykin texniki parametrləri müzakirə olunacaq.
Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri yanvarın 25-dək davam edəcək.
Modern.az