Modern.az

Bakıda saxta pul kəsən dəstə tutulub

Bakıda saxta pul kəsən dəstə tutulub

19 Yanvar 2011, 15:01

Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vüqar Xəlilovdan 21 ədəd 5 manatlıq və 8 ədəd 10 manatlıq saxta əskinazlar götülürülüb. Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirlib. Aparılmış araşdırmalar zamanı V.Xəlilovun saxta əskinazları həmyerliləri, əvvəllər məhkum olunmuşlar Vaqif Rəhimzadə və Elməddin İmamzadə ilə birgə hazırlamaları müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində V.Xəlilov, V.Rəhimzadə və E.İmamzadə tutulublar. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir