Modern.az

Təhsil Nazirliyindəki "Uşaq Qaynar Xətt" xidmətinə 638 müraciət daxil olub

Təhsil Nazirliyindəki "Uşaq Qaynar Xətt" xidmətinə 638 müraciət daxil olub

19 Yanvar 2011, 15:42

Uşaqlara psixoloji yardım göstərmək məqsədi ilə Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin ümumi rəhbərliyi altında ötən ilin fevralından fəaliyyətə başlayan "Uşaq Qaynar Xətti" xidmətinə indiyədək 638 müraciət daxil olub.
Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, müraciətlərin 166-sı uşaqlar, qalanı isə valideyn və himayəçilər tərəfindən edilib. Müraciətlərin 244-ü təhsil məsələləri, 195-i psixoloji problemlər, 88-i sosial müavinətlər və xidmətlər, 37-si hüquqi məsləhət yardımı, 32-si səhiyyə sahəsi, 42-si isə digər məsələlərlə bağlı olub.

Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsindən verilən məlumata görə, bütün müraciətlər araşdırılıb və müvafiq tədbirlər görülüb. Sorğu ilə müraciət edənlərə onları maraqlandıran məsələlər barədə məlumatlar, psixoloji problemlərlə bağlı isə müvafiq məsləhətlər verilib və konsultasiya həyata keçirilib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir