Bu gün Rusiyanın Sank-Peterburq şəhərində təşkil olunan "Birlik kuboku"nun 1/4 final mərhələsinin oyunlarına start verilib. Azərbaycan təmsilçisi - Bakının "İnter" komandası bu mərhələdə Ermənistanın "Mika" klubu ilə qarşılaşıb.
Qrupda keçirdiyi hər 3 oyunu qələbə ilə başa vuran "İnter" klubu bu prinspial görüşün də əsas favoriti hesab edilirdi. Belə də oldu.
"İnter" "Mika"nı 4:0 hesabı ilə məğlub edərək, ermənilərə futbol dərsi keçdi. Qollardan birini Vladimir Levin, ikisini Girts Karlsons, dördüncüsünü Dmitri Kruqlov vurub.
Komandalar aşağıdakı heyətlə çıxış ediblər:
"İnter": Lomaya, Abramidze, Daşdəmirov, Levin, Kandelaki, Çertoqanov, Çervenka, Zlatinov, Kruqlov, Obikadze, Karlsons.
"Mika": Kasparov, Poqosyan, Tadevosyan, Mİkoyan, Aleks, Mkrtçyan, Voskanyan, Elney, Mandrıçenko, Demel, Beqeryan.
"İnter"in yarımfinaldakı rəqibinin kimliyinə "HİK" (Finlandiya) - "Zenit" (Rusiya) oyunundan sonra aydınlıq gələcək.
Qeyd edək ki, "Birlik kuboku"na 2006-cı ildə "Neftçi", 2008-ci ildə isə "Xəzər Lənkəran" klubları sahib çıxıblar.