Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş”in təsdiq edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda bildirlib ki, 2010-cu il dekabrın 16-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş” təsdiq edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılır ki, Sazişin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılıb ki, bu Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Türkiyə Respublikası Hökumətini xəbərdar etsin.