Modern.az

Prezident 20 Yanvar əlillərinə təqaüdlər təsis etdi

Prezident 20 Yanvar əlillərinə təqaüdlər təsis etdi

Təhsil

19 Yanvar 2011, 19:43

Prezident İlham Əliyev 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə aşağıdakı işlər həyata keçiriləcək.


1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilir və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilir:
I qrup əlillərə – 150 manat
II qrup əlillərə – 130 manat
III qrup əlillərə – 100 manat.

Bu fərmanla təsis edilən təqaüd Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsinin “Sosial müdafiə və sosial təminat bölməsi” vəsaiti hesabına ödəniləcək..
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Fərman 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə