Bu gün Rusiyanın Sank-Peterburq şəhərində təşkil olunan "Birlik kuboku"nun 1/4 final mərhələsinin oyunları keçirilib. Azərbaycan təmsilçisi "İnter" bu mərhələdə Ermənistanın "Mika" klubuna 4:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Yarımfinalda "İnter"in rəqibi Rusiyanın "Zenit" klubu olacaq. Günün ikinci qarşılaşmasında Finlandiyanın "HİK" klubunu 2:1 hesabı ilə məğlub edən "Zenit" yarımfinalda təmsilçimizə rəqib olub.
Qeyd edək ki, "İnter" - "Zenit" oyunu yanvarın 21-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.