Modern.az

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar 2011, 11:44

Yanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət ediblər.
Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səsləndi.
Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də Prezidentlə birgə şəhidlərin əziz xatirəsini yad etməyə gəliblər.
Şəhidlər xiyabanının ziyarət olunması mərasimində baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də iştirak ediblər.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir