Modern.az

Elman Rüstəmov: "Mərkəzi Bankın binası sökülməyəcək"

Elman Rüstəmov: "Mərkəzi Bankın binası sökülməyəcək"

20 Yanvar 2011, 12:23
Mərkəzi Bankın binasının söküləcəyi barədə xəbərlər həqiqətə uyğun deyil. Bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
Amma Mərkəzi Bank üçün Heydər Əliyev prospektində yeni inzibati bina tikiləcək, "indiki bina isə ölkənin müvafiq qurumlarının balansına verilə bilər" - E.Rüstəmov deyib. Onun sözlərinə görə, yeni binanın inşası Mərkəzi Bank sədri işçilərinin sayının artması ilə bağlıdır:

«1998-ci ildə bina istifadəyə verilərkən bankın 200 işçisi vardı. İndi artıq Mərkəzi Bankın yeni strukturları, Maliyyə Monitorinq Xidməti, İpoteka Fondu və sairə mövcuddur».

Mərkəzi Bank sədri bildirib ki, yeni binada müasir avtomatlaşdırılmış pul-xəzinəsi qurulacaq, ölkədə çıxarılan qızılı saxlamaq üçün qızıl xəzinəsi yaradılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir