Modern.az

Sumqayıt şəhər İcra Hakmiyyətinin işçisi dələduz çıxıb

Sumqayıt şəhər İcra Hakmiyyətinin işçisi dələduz çıxıb

Təhsil

20 Yanvar 2011, 15:57

Sumqayıt şəhər İcra Hakmiyyətində işləyən Eldar Məmmədov barəsində cinayət işi başlanıb. O, dələduzluqda ittiham olunur. Modern.az xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirlib ki, 2010-cu il avqust ayının 5-də Sumqayıt şəhər İcra Hakmiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş Şöbəsində işləyən Eldar Məmmədov özünü Sumqayıt şəhər İcra Hakmiyyətinin Hüquq Şöbəsinin müdiri kimi təqdim edərək şəhər sakini Vüqar Qələndərova torpaq sahəsi verəcəyi adı ilə 105 min manat pulunu alıb. Faktla əlaqədar şəhər prokurorluğu tərəfindən cinayət işi başlanıb və toplanmış materiallar Sumqayıt Şəhər Polis İdarəsinə göndərilib.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir