Modern.az

"Mitsubishi-Pajero" "VAZ-2107" ilə toqquşub: 1 ölü, 9 yaralı var

"Mitsubishi-Pajero" "VAZ-2107" ilə toqquşub: 1 ölü, 9 yaralı var

Təhsil

20 Yanvar 2011, 16:20

Yanvarın 19-da saat 13.00 radələrində İmişli rayonunun Xəlfəli kəndi ərazisində Bakı şəhər sakini Hüseyn Əsgərovun idarə etdiyi "Mitsubishi-Pajero" markalı və Biləsuvar rayon sakini Rasim Aslanovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış hər 2 sürücü və H.Əsgərovun sərnişinləri, həmyerlisi Anar Hacıyev, Abşeron rayon sakini Əliyar Vəliyev, Ağstafa rayon sakini Sahib Hüseynov, Gədəbəy rayon sakini Rəşad Əmiraslanov, habelə R.Aslanovun sərnişinləri, həmyerliləri Gülnaz İmanova, Nailə Xankişiyeva, Nazilə Rzayeva və Elmir Rzayev xəstəxanaya yerləşdiriliblər. Daxili İşlər Nazirliyinin məlumatına görə, E.Rzayev ölmüş, A.Hacıyevin vəziyyəti ağır, R.Aslanovun və R.Əmiraslanovun vəziyyətləri orta-ağır, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar. İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir