Modern.az

Ramzan Kadırov əfsanəvi futbolçunu Çeçenistanda baş məşqçi qoydu

Ramzan Kadırov əfsanəvi futbolçunu Çeçenistanda baş məşqçi qoydu

20 Yanvar 2011, 17:34

Hollandya futbolunun əfsanəsi Ruud Qullit Çeçenistanın “Terek” klubunda məşqçilik fəaliyyətinə başlayıb. “Terek”in saytında yer alan məlumata görə, Qullit qarşısında klubu gələn mövsümə qədər Avropa klub yarışlarına çıxarmaq vəzifəsi qoyulub.

Ruud Qullit Hollandiya millisində çıxış edərkən Avropa çempionu olub.

İtaliyanın “Milan” klubunun tərkibində iki də Avropa Çempionlar Liqasının qalibi olub.

Məşqçi kimi “Çelsi”, “Nyukasl”, “Feyenord” və “Los Anjeles Qalaksi” klublarında işləyib. İndi isə o Rusiyanın yüksək liqasında çıxış edən ən kiçik klublardan birinə məşqçi təyin edilib.

Qroznının “Terek” klubunun prezidenti Çeçenistanın dövlət başçısı Ramzan Kadırovdur.

Klub bildirir ki, Ruud Qullit bazar günü komandanın Türkiyənin Anadoludakı təlimlərinə qatılacaq. Ramzan Kadırov Qullitdən gələn mövsümə kimi “Terek”ə Avropa yarışlarına vəsiqə qazandırmağı tələb edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir