Modern.az

Rusiyada deputatlar Leninin cəsədinin dəfnini tələb edirlər

Rusiyada deputatlar Leninin cəsədinin dəfnini tələb edirlər

Təhsil

21 Yanvar 2011, 15:20


Rusiyanın baş naziri Vladimir Putinin partiyası Sovet İttifaqının  qurucusu  Vladimir Leninin Qırmızı Meydandakı movzaleydə  saxlanılan mumyasının dəfn olunmasını tələb edib.

Modern.az-ın  “Ria-Novosti”yə istinadən verdiyi xəbərə görə, iqtidar partiyasının bir sıra millət vəkilləri Leninin torpaqda dəfn olunmasının tərəfdarıdır.

Sovet ittifaqının dağılmasından sonra Leninin mumyasının basdırılması ilə bağlı  müxtəlif müzakirələr gündəmə gəlib.

Birləşmiş Rusiya Partiyasının internet səhifəsində millət vəkili Vladimir Medinskinin “Lenin çox mübahisəli fiqurdur və onun bu cür saxlanılması çox axmaq davranışdır” fikirləri yer alıb. Medinskinin sözlərinə görə, Lenin mumyasının saxlanılmasını ölkə əhalisinin yalnız 10%- i istəyir. Digər deputat Robert Şlegel də həmkarı ilə eyni fikirdədir. “Leninin əlləri milyonlarla rusun qanına batıb, o, ictimai tənəzzülün və terrorizmin simvoludur”.

Liberal Demokrat Partiyasının nümayəndələri də Leninin dəfn olunmasının tərafdarıdırlar. Ancaq onların səbəbləri bir qədər fərqlidir. Belə ki, partiya rəhbərlərindən İqor Lebedev xristian inancını əsas gətirərək cəsədin dəfn olunması təkliflə çıxış edib.

Kominist Partiyasının deputatları  isə deylənlərə olduqca sərt reaksiya verərək Leninin dəfn olunmasına qarşı çıxırlar. Millət vəkili Viktor İlyuxin Biləşmiş Rusiya Partiyasının belə bir təkliflə çıxış etməsini başa düşmədiyini bildirib.
“Görünür onların başqa işləri yoxdur” deyə kommunist deputat bildirib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə