Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 19-da oftalmologiya və ümumi-cərrahiyə ixtisasları üzrə keçirilən imtahanlarda 37 həkim iştirak edib. İştirakçılardan 4 həkim 100 bal toplayaraq ən yüksək nəticə göstərib. Bütövlükdə isə imtahanlarda iştirak edən həkimlərin 95% (35 nəfər) uğurlu nəticələr əldə edib. (Nəticələr burada - //www.health.gov.az/article.php?sertifikasiya14)
İmtahanın şərtlərinə görə 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılırlar.