Modern.az

Qəzalı vəziyyətdə olan bağçalar haqqında məlumat toplanılır

Qəzalı vəziyyətdə olan bağçalar haqqında məlumat toplanılır

21 Yanvar 2011, 19:35

Təhsil Nazirliyində Məktəbəqədər təhsillə bağlı yeni investisiya layihəsi hazırlanıb. Layihə çərçivəsində qəzalı vəziyyətdə olan bağçalar haqqında məlumat toplanılır.

Təhsil Nazirlyində Məktəbəqədər təhsil sektorunun apardığı araşdırmalar zamanı məlum olub ki,  Azərbaycandakı yaşayış məntəqələrinin bəzilərində ümumiyyətlə uşaq bağçası yoxdur. Məktəbəqədər təhsil sektorundan Modern.az-a bildirilib ki, problemin aradan qaldırılması üçün   nazirlik yeni  investisiya proqramı hazırlayıb. Proqrama əsasən yeni bağçaların tikintisi ilə yanaşı, alternativ variantlar da nəzərdə tutulub. Bu pilot layihə artıq Bakının Xətai rayonunda və bəzi kəndlərində  tətbiq olunur. Bütün işlər Dünya Bankının və UNİCEF-in maliyyə dəstəyilə həyata keçirilir.  Hazırda Təhsil Nazirliyinin müətəxssisləri qısa müddətli quruplarda dərs deyəcək müəllimlərlə iş aparır. 

Hazırda Respublikada 1635 məktəbəqədər təhsil müəssisəsi mövcuddur. Bunlardan 1571-i Təhsil Nazirliyinin tabeciliyindədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir