Modern.az

Bakı "İnter"i Zenit"i darmadağın edib finala çıxdı

Bakı "İnter"i Zenit"i darmadağın edib finala çıxdı

21 Yanvar 2011, 21:24

Bu gün Rusiyanın Sank-Peterburq şəhərində təşkil olunan "Birlik kuboku"nun yarımfinal mərhələsinin oyunlarına start verilib.  Azərbaycan təmsilçisi Bakının "İnter" komandası bu mərhələdə Rusiyanın "Zenit" klubu ilə qarşılaşıb.

Turnirdə keçirdiyi bütün qarşılaşmaları qələbə ilə başa vuran "İnter" bu oyunda da  rəqibini darmadağın edib. Oyunun taleyini ilk 15 dəqiqədə həll edən bakılılar ümumilikdə 5:0 hesabı ilə qələbə qazanıb və finala yüksəlib.

Qeyd edək ki, "İnter"in "Birlik kuboku"nda yanvarın 15-də başlayıb. Komandamız həmin gün Qırğızıstan "Neftçi" klubu ilə qarşılaşıb və rəqibini 3 cavabsız qolla məğlub edib. Daha sonra Tacikistanın "İstiqlal" klubu ilə qarşılaşan Sxadadzenin yetirmələri bu görüşdən də 3:0 hesablı qələbəylə ayrılıb. Qrupun son matçında isə Moldovanın "İskra-Stal" klubuna 1:0 hesabı ilə qalib gələn "İnter" qrup lideri kimi 1/4 finala vəsiqə qazanıb.

1/4 final mərhələsində bizim üçün mühüm əhəmiyyət kəsb edən oyunda Ermənistanın "Mika" klubu 4:0 hesabı ilə darmadağın edildi. "İnter"in yarımfialdakı rəqibi olan Rusiyanın "Zenit" klubu isə digərlərindən daha güclü olsa da, təmsilçimiz bu komandanı da məğlub edib. "İnter" artıq finaldakı rəqibini gözləyir.

Qeyd edək ki, final görüşü yanvarın 23-də Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

21 yanvar
Yarımfinal

18.00. "İnter" (Azərbaycan) - "Zenit" (Rusiya) - 5:0
Qollar:
Girts Karlsons, 2, 15, 52 (1:0 ; 3:0 ; 4:0), Peter Zlatinov, 7 (2:0), Rövşən Əmiraslanov, 67 (5:0)

"İnter"in start heyəti : Lomaya, Daşdəmirov, Abramidze, Levin, Kandelaki, Çertoqanov, Çervenka, Zlatinov, Kruqlov, Obikadze, Karlsons.

"Zenit"in start heyəti: Zayçev, Batov, Murixin, S.Petrov, A.Petrov, Sirotov, Suşkin, Teleqin, Çelinava, Matyaş, Kostin.


 

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir