Modern.az

Türkiyənin energetika naziri Bakıdadır

Türkiyənin energetika naziri Bakıdadır

22 Yanvar 2011, 09:00

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız Azərbaycana səfərə gəlib. Səfərdə məqsəd Türkiyə və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın altıncı iclasında iiştirak etməkdir.
Taner Yıldız bildirib ki, Azərbaycan və Türkiyə arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının yekununda iki ölkə arasında mədənçıxarma sənayesində qarşılıqlı fəaliyyətlə bağlı protkolun imzalanması gözlənilir. Nazirin sözlərinə görə, hökumətlərarası komissiyanın bu gün Bakıda keçiriləcək iclasında energetika, sənaye, ticarət və digər sahələrdə ikitərəfli əlaqələr müzakirə olunacaq. Bundan başqa, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində türkiyəli nazirin  Prezidenti İlham Əliyev, baş nazirin müavini Abid Şərifovla görüşü gözlənilir. Taner Yıldız və Abid Şərifov Türkiyə-Azərbaycan hökumətlərarası komissiyasının həmsədrləridirlər. Türkiyəli nazirin səfəri bu gün başa çatacaq.
 

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir