Modern.az

İslam Partiyası Astara rayon şöbəsinin sədrinin evindən silah-sursat tapılıb

İslam Partiyası Astara rayon şöbəsinin sədrinin evindən silah-sursat tapılıb

22 Yanvar 2011, 12:40

Daxili İşlər Nazirliyi İslam Partiyasının Astara rayon Təşkilatının sədri Ruhulla Axundzadənin həyətindən silah-sursatın aşkarlandığı barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, R.Axundzadənin həyətindəki yardımçı təsərrüfatda 1 tapança, 4 avtomat, 9 ədəd də qumbara aşkar edilib. Məlumatda həmçinin, orada alışdırıcı, trotil şaşkası və müxtəlif çaplı güllələrin də tapıldığı bildirilir.
DİN-in məlumatına görə, Axundzadənin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək i, dövlət qeydiyyatından keçməyən partiyanın sədri Mövsüm Səmədov bir müddət öncə həbs edilib. Onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir