Modern.az

Yaxın iki gündə hava yağmursuz keçəcək

Yaxın iki gündə hava yağmursuz keçəcək

Təhsil

22 Yanvar 2011, 13:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 23-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, cənub küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-4, gündüz 8-10 dərəcə isti təşkil edəcək.
Yanvarın 24-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 2-4, gündüz 8-11 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

23-24 yanvarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir