Modern.az

Dövlət Miqrasiya Xidmətinin rəisi hesabat verdi

Dövlət Miqrasiya Xidmətinin rəisi hesabat verdi

22 Yanvar 2011, 20:14

Dövlət Miqrasiya Xidmətinin (DMX) Aparatında 2010-cu ilin yekunlarına dair hesabat müşavirəsi keçirilib. Modern.az-ın məlumatına görə, müşavirədə DMX rəisi Arzu  Rəhimov hesabat məruzəsi ilə çıxış edib. Onun sözlərinə görə, ötən il ərzində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirləri gücləndirilib, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması halları aşkar edilərək qarşısı alınıb. Belə ki, keçirilmiş tədbirlər nəticəsində 16.680 əcnəbinin sənədləri yoxlanılıb, nəticədə 12.094 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub. Onlardan əsas olduğu üçün 2.796 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 9 mindən artıq əcnəbinin müvafiq qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.                

Hesabat dövründə Dövlət Miqrasiya Xidmətinin Xaçmaz şəhərində regional miqrasiya idarəsinin, Bakı şəhər Regional Miqrasiya İdarəsinin Sərhəd Buraxılış Məntəqələrində miqrasiya şöbəsinin (Hava Limanı) fəaliyyətləri təmin edilib. Hazırda Bakı və Yevlax şəhərlərində qanunsuz miqrantların saxlanılması mərkəzlərinin inşasında tamamlama işləri aparılır.          

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir