Modern.az

Saakaşvili ilə Sərkisyan "qardaş və yaxşı dostdurlar"

Saakaşvili ilə Sərkisyan "qardaş və yaxşı dostdurlar"

22 Yanvar 2011, 23:22

st1:*{behavior:url(#ieooui) }

Ermənistanda səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili İrəvanda riyaziyyat, informatika və fizika üzrə Ermənistan-Gürcüstan Olimpiadasının mükafatlandırma mərasimində çıxış edərkən bildirib: “Ermənistan prezidenti Serj Sərkiyan qardaş, yaxşı dost və həmkardır”. ”Armenia Today” saytının məlumatına görə, Mixail Saakaşvili deyib ki, o, Ermənistan prezidentinin göstərdiyi köməyi heç vaxt unutmayacaq: “Mən və gürcü xalqı Serj Sərkisyanın Gürcüstana etdiklərini heç vaxt unutmayacaq”. Saakaşvili bildirib ki, Ermənistan Gürcüstan arasındakı dostluq digər ölkələrə də nümanə olmalıdır: “Problemlərin öhdəsindən birgə gəlmək bizdə yaxşı alınır”. Gürcüstan prezident iki ölkə arasında siyasi-iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Serj Sərkisyan deyib ki, iki ölkə arasında əməkdaşlıq sürətlə inkişaf edir, ötən il ticarət dövriyyəsi 11 faiz artıb. O, Saakaşvili ilə söhbətdə Ermənistan-Gürcüstan sərhəddinin Avropadakı kimi daha açıq olması barədə razılığa gəldiklərini qeyd edib Gürcüstan dövlət başçısı çıxışı zamanı bildirib ki, ermənistanlı tələbələrin Gürcüstan ali təhsil ocaqlarında təshil almaları üçün onlara təqaüd də ayrılacaq. Növbəti Olimpiadanın isə Gürcüstanın Batumi və ya Kutaisi şəhərlərindən birində keçiriləcəyi nəzərdə tutulur.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir