Almaniyada keçiriləcək “Eurovision-2011”-də Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnı üzrə müsabiqəyə yanvarın 25-dək 7 ölkədən 16 nəfər 29 mahnı, 2 nəfər isə yalnız mahnı sözü təqdim edib. Bu barədə İctimai Televiziyadan məlumat verilib.
Bu günədək müsabiqəyə mahnı təqdim edən şəxslər bunlardır:
1.Vüqar Babayev (Azərbaycan)- 5 mahnı
2.Xose Xuan Santana Radriges (İspaniya) – 1 mahnı
3.Ülviyyə Vəliyeva (Azərbaycan)-1 mahnı
4.Giorgios Kalpakidis (Yunanıstan)-3 mahnı
5.Manuel Angel Moreno Pinilla (İspaniya)-1 mahnı
6.Nərgiz Səfərəliyeva (Azərbaycan)-1 mahnı
7.Nazim Paşaoğlu (Azərbaycan)-1 mahnı
8.Micke Vennborn -5 mahnı
9.Madalin Botezatu (Rumıniya)-1 mahnı
10.Sebastiyan İvanov(Avstraliya)-1 mahnı
11.Noam İnbar və İsak Mizraçi (Avstraliya)-1 mahnı
12. Nadir Əzimov (Azərbaycan )–3 mahnı
13. Rabiya Mədətova(Azərbaycan)-1 mahnı
14.Torfi Olafsson (Irlandiya)-4 mahnı
Yalnız mahnı sözü təqdim edənlər:
1. Madura Mate
2. Kamran Cabbarov
Xatırladaq ki, müsabiqədə iştirak etmək istəyən bəstəkarlar “Eurovision” Mahnı Müsabiqəsi formatına uyğun bəstələdiyi mahnıları yanvarın 10-dan etibarən bir ay müddətində Şərifzadə İctimai Televiziyaya təqdim edə bilərlər.
Modern.az