İyun ayında Böyük Millət Məclisinə keçiirlən seçkilərdə erməni icması da özünün namizədləri ilə çıxış etmək istədiyini açqlayıb. Erməni icmasını bir neçə üzvü deputatlığaı namizəd olmaq istəyir.
Modern.az-ın məlumatına görə, Türkiyədəki erməni icması artıq mümkün namizədlər barədə müzakirə açıb. Onların rəyincə, ermənilərin əksəriyyəti Şişli, Bakrköy və Adalar hissəsində yaşayır. Erməni icması güclü namizəd kimi İstanbulun Adalar rayonunun perefekti Raffi Ermon Araksı görür. Bir neçə il əvvəl o, hüquq müdafiəçisi işindən imtina edərək AKP-yə daxil olub.
Digər potensial namzəd isə İstanbulun Şişli dairəsinin vitse-perefekti Vazgen Parın olduğunu qeyd edirlər.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan da builki seçkilər zamanı bir neçə erməninin partiya siyahısına daxil etmək istəyir. Bununla Ərdoğan Qərbə göstərmək istəyir ki, etnik azlıqlara partiyasının diqqəti var.
Sonuncu dəfə seçki siyahılarında erməni soyadı 50 il əvvəl olub.
Modern.az