Modern.az

İspaniyalı deputat AŞ PA-da Qarabağla bağlı komitəyə sədr seçilib

İspaniyalı deputat AŞ PA-da Qarabağla bağlı komitəyə sədr seçilib

28 Yanvar 2011, 15:07

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində qurumun Bürosunun bu gün keçirilən iclasında Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin yenidən bərpa edilməsi müzakirə olunub.

APA-ın Avropa bürosunun məlumatına görə, müzakirələrin sonunda Büro Alt Komitənin yenidən fəaliyyətə başlaması haqqında qərar verib və İspaniyadan olan deputat, Liberallar Partiyasının üzvü Jordi Xucla i Costa Komitənin yeni sədri seçilib. Ermənistan isə Alt Komitənin yaranmasının əleyhinə səs verib. Bu barədə jurnalistlərə cümə günü Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov məlumat verib.

S. Seyidiv qeyd edib ki, Alt Komitənin tərkibində AŞPA Monitorinq Komitəsinin Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri, iki ölkənin AŞPA-dakı nümayəndə heyətlərinin həm iqtidar, həm də müxalifətdən olan millət vəkilləri təmsil olunacaq.

Dağlıq Qarabağ üzrə Alt Komitənin sədrinin regionda səfərinə gəldikdə, S. Seyidov bu məsələnin AŞPA-nın aprel sessiyasında müzakirə ediləcəyini bildirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat