Modern.az

Müxalifət paytaxtı ələ keçirib, Misirdə komendant saatı elan edilib

Müxalifət paytaxtı ələ keçirib, Misirdə komendant saatı elan edilib

28 Yanvar 2011, 23:50

Misirdə gərginlik kulminasiya həddinə çatıb. Zorakılıqlarla müşaiyət edilən hökümət əleyhinə etiraz nümayişlərinin davam etdiyi bir vaxt prezident Hüsni Mübarək Qahirə, İskəndəriyyə və Süveyş şəhərlərində komendant saatının tətbiqi barədə fərman verib. Daha sonra o, komendant saatını bütün ölkəyə şamil edib.

Qahirənin küçələrinə ordu yeridilib. BBC-nin məlumatına görə, Süveyş liman şəhərində qəzəbləniş nümayişçilərin zirehli maşınlara hücumu və polis məntəqəsinə od vurması zamanı baş vermiş toqquşmalarda bir neçə etirazçı öldürülüb.

Məlumatlara görə, bu etiraz nümayişləri prezident Hüsni Mübarəkin hakimiyyətinə qarşı ən ciddi çıxışdır.

Deyilənə görə, Tunis hadisələrindən ilhamlanan etirazçılar qorxu hissini itiriblər. Komendant saatı elan olunmasına baxmayaraq prezidentin istefasını tələb edən etirazçılar paytaxt Qahirənin mərkəzini ələ keçirib.
Aksiya iştirakçıları ilə mitinqi dağıtmaq istəyən hərbçilər arasında da toqquşmalar olub. Hərbçilər ağır texnikanı aksiya iştirakçılarının üstünə sürsələr də, onları dağıtmağa nail ola bilməyib. Aksiya iştirakçıları şəhərdə yanğınlar törədiblər, hakim Milli Demokrat Partiyasının qərargahına da od vurulub.

Müxalifət liderlərindən olan Məhəmməd Əl-Baradei ev dustağı edilib.

ABŞ Dövlət Katibi Hillari Klinton Misir hökumətinə müraciət edərək zorakılıqlara yol verməməyə çağırıb.

Xarici telekanallar xəbər veriblər ki, son bir neçə gündə 1000-dən çox nümayişçi həbs olunub, yüzlərlə yaralanan var, 7 adam ölüb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat