Modern.az

Bakıda civə satanlar tutulub

Bakıda civə satanlar tutulub

29 Yanvar 2011, 15:35

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Vüqar Heydərov və Emin Dadaşov 5 kiloqram civəni 20 min dollara satarkən tutulublar.
Daxili İşlər Nazirliyinin məlumatına görə, E.Dadaşovun ətrafında aparılmış əməliyyat tədbirləri  nəticəsində civəni Hövsan qəsəbəsi, Abşeron Quşçuluq Sovxozunun ərazisində yaşayan Səməd Mövlamovdan alması müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Mövlamov tutulub, onun həyətinə baxış zamanı oradan 65 kiloqram civə aşkar edilərək götürülüb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat