Modern.az

Deputat köməkçisi: "Quba məzarlığında kitab satanlar cəzalandırılacaq"

Deputat köməkçisi: "Quba məzarlığında kitab satanlar cəzalandırılacaq"

31 Yanvar 2011, 14:34

Modern.az saytı Qubadakı kütləvi məzarlıqda gözətçilər tərəfindən ora gələn əcnəbi qonaqlara soyqırımı barədə buklet-kitabçaların satıldığı barədə məlumat vermişdi.

Belə hal cəmiyyətdə birmənalı olaraq narazılıqla qarşılanır. Məsələyə Qubanın deputatı Vahid Əhmədovun köməkçisi Arif Orucovdan da münsibət gəlib. Saytımıza açıqlamasında deputat köməkçisi bildirib ki, bu məsələ deputatı da ciddi narahat edib: “Bununla bağlı Vahid Əhmədov rayon rəhbərliyi ilə əlaqə saxlayıb. Məsələ araşdırılır. Hesab edirik ki, belə hal yolverilməzdir və tez bir vaxtda belə hərəkətə yol verənlər cəzalandıralacaq”.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat