Modern.az

Parlament MSK-ya seçkiləri dayandırmaq səlahiyyəti verdi

Parlament MSK-ya seçkiləri dayandırmaq səlahiyyəti verdi

1 Fevral 2011, 16:52

Milli Məclisin yaz sessiyanın fevralın 1-də keçirilən iclasında Seçki Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı məsələyə baxılıb. Modern.az parlamentdən xəbər verir ki, məcəlləyə dəyişiklik deputatlar tərəfindən dəstəklənib və beləliklə Mərkəzi Seşki Komissiyasına əlavə səlahiyyət verilib.
Seçki Məcəlləsinə edilən dəyişikliyə əsasən, bundan sonra MSK-nın müraciəti əsasında hərbi əməliyyatlar və müharibə şəraiti zamanı ölkədə prezident və parlament seçkiləri keçirilməyə bilər. Yəni MSK bununla əlaqədar Konstitutsiya Məhkəməsinə müraciət etmək səlahiyyətinə malikdir.  

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat