Modern.az

Nazir əsassız maliyyə yoxlamalarının dayandırlmasını əmr etdi

Nazir əsassız maliyyə yoxlamalarının dayandırlmasını əmr etdi

Təhsil

1 Fevral 2011, 20:12

Fevralı 1-də Maliyyə Nazirliyində 2010-cu ilin yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş tərkibdə kollegiya iclası keçirilob.

Modern.az saytının məlumatına görə, iclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında 2010-cu ildə Azərbaycanın  makroiqtisadi göstəricilərinin artım surəti təmin edilib, iqtisadiyyatın öncül sahələrində müsbət nəticələr əldə olunub. Nazir qeyd edib ki, 2010-cu ildə dünyada iqtisadi və maliyyə böhranının hələ də davam etməsinə baxmayaraq, dövlət başçısının düşünülmüş, qətiyyətli və çevik iqtisadi siyasət nəticəsində ölkəmizin inkişaf tempi artıb, qarşıda duran bütün vəzifələr və sosial-infrastruktur layihələri icra edilib, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub.

S.Şərifov Azərbaycan Respublikasının 2010-cu il icmal büdcəsinin gəlirlərinin 19,3 mlrd. manat və ya 125,2 faiz,  icmal büdcənin xərclərinin isə 13,5 mlrd. manat və ya 94,7 faiz icra olunduğunu deyib. Dövlət büdcəsinin mədaxili 11,4 mlrd. manat və ya 99,1 faiz, xərcləri isə 11,8 mlrd. manat və ya 95,9 faiz təşkil edib. 2009-cu ilə nisbətən 2010-cu ildə dövlət büdcəsindən elm, təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminat, müdafiə, məhkəmə hakimiyyəti, hüquqi-mühafizə və prokurorluq orqanlarının saxlanılması, dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 11,6 faizədək çox vəsait yönəldilib.  Hesabat dövründə dövlət büdcəsinin cari xərclərinin 3,7 mlrd. manatı və ya 31,5 faizi sosialyönümlü xərclərin maliyyə təminatına  sərf edilib ki,  bu da 2009-cu illə müqayisədə 120,0 milyon manat və ya 3,3 faiz çoxdur.

2010-cu ildə dövlət büdcəsinin icrası ilə bağlı maliyyə orqanlarının qarşısında duran vəzifələr ümumən yerinə yetirilib, bütün zəruri xərclərin maliyyələşdirilməsi təmin edilib. Qeyd olunub ki, son illər ərzində büdcə proqnozlaşdırılması xeyli təkmilləşdirilib,  lazımsız xərclərin qarşısı əsasən alınıb.

İclasda korrupsiyaya qarşı mübarizə üzrə Maliyyə Nazirliyi sistemində həyata keçirilən tədbirlər, korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün qarşıda duran vəzifələr müzakirə edilib. Qeyd olunub ki, 2011-ci il yanvar ayının 27-də Prezident İlham Əliyevin tapşırığı əsasında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilərək, respublikamızda bu sahədə görülən işlər müzakirə edilib və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması ilə bağlı müvafiq dövlət orqanlarına, o cümlədən mərkəzi icra hakimiyyəti orqanlarına bir sıra tapşırıqlar verilib. 

Ş.Şərifov maliyyə orqanlarında süründürməçilik, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı bir sıra qurumlara, o cümlədən  Dövlət Maliyyə Nəzarəti, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət, Dövlət Sığorta Nəzarəti Xidmətlərinə, Dövlət Xəzinədarlığı Agentliyinə və Nazirliyin Vergi siyasəti və gəlirlər,  Uçot siyasəti şöbələrinə konkret tapşırıqlar verib. Nazir bildirib ki, Maliyyə Nazirliyi sistemində korrupsiyaya qarşı mübarizə sahəsində səmərəliliyinin artırılması məqsədilə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı vətəndaşlardan daxil olan müraciətlərə baxılmasında operativlik artırılmalı, bu müraciətlər üzrə xidməti araşdırmaların aparılması işi daha da təkmilləşdirilməlidir. Nazirliyin müvafiq qurumları tərəfindən sahibkarlıq subyektlərində aparılan yoxlamalar zamanı qanunvericiliyin tələblərinə riayət edilərək, əsassız yoxlamalar aparılmamalı, inzibati vəzifə tutan dövlət qulluqçuları tərəfindən korrupsiyaya qarşı mübarizə üzrə qanunvericiliklə qadağan olunmuş hallara yol verilməməlidir:

“Bütün yoxlamalar dövlət başçısının fərmanına uyğun olaraq əvvəlcədən tətbiq olunmuş plan əsasında aparılmalıdır. Yoxlamalar zamanı müvafiq icra orqanlarının nümayəndələrinin də iştirakı təmin olunmalıdır. Eyni zamanda, nazirliyin ayrı-ayrı qurumlarına müxtəlif fəaliyyət növləri üzrə lisenziyalar almaq üçün sahibkarlar tərəfindən edilən müraciətlərə vaxtında cavab verilməli, sahibkarların qanuvericilikdə nəzərdə tutulmuş hüquqları təmin olunmalıdır”.

Eyni zamanda, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın icrası üzrə Nazirliyin 2011-ci il üçün təsdiq edilmiş Tədbirlər Planın icrası nəzarətdə saxlanılmalı, vətəndaşların qəbulu işi təkmilləşdirilməli, işçilərin peşəkarlığı artırılmalı, Nazirliyin qaynar xəttinin əhatə dairəsi genişləndirilməli və ictimaiyyətin qaynar xətt barədə məlumatlandırılması işi həyata keçirilməli, “İnfomasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununa əsasən açıqlanmalı olan məlumatlar Nazirliyin internet səhifəsində yerləşdirilməli və daim yeniləşdirilməlidir.

Nazir bildirib ki, 2011-ci ildə qarşıda duran mühüm vəzifələrdən  biri də «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2012-ci il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkilidir. Bununla bağlı qanunvericiliyə uyğun olaraq  bir sıra normativ aktlar qəbul edilib.

Nazirliyin aparatıın fəailiyyəti struktur bölmələrinə, dövlət xidmət və agentliklərinə, Naxçıvan MR-nın Maliyyə  Nazirliyinə, yerli maliyyə orqanları tərəfindən 2012-ci il  dövlət və icmal büdcənin layihəsi və sonrakı üç üçün icmal büdcənin göstəricilərinin tərtibi işlərini sürətləndirməsi, Nazirliyin əmrlərində, göndəriləcək təlimat məktubunda nəzərdə tutulan tapşırıqların vaxtında və kefiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Çıxışlarda bəzi rayon, şəhər maliyyə orqanları tərəfindən dövlət büdcənin yerli gəlir və xərclərinin tərtibi və icrası prosesində, kargüzarlıq və xəzinə əməliyyatlarının aparılmasında nöqsanlara yol  verildiyi, hesabat və məlumatların vaxtında və kefiyyətlə Nazirliyə təqdim olunmasında bir sıra nöqsanlara yol verildiyi qeyd olunub. Bəzi rayon, şəhər maliyyə orqanlarının rəhbərlərinə işlərində dönüş yaradılması üçün müvafiq tapşırıqlar verilib.

Kollegiya iclasının yekununda müzakirə edilən məsələyə dair müvafiq qərarlar qəbul edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat