Modern.az

Komitə sədri: “Gömrükdə rüşvətlə bağlı böyük qrup ifşa edilib”

Komitə sədri: “Gömrükdə rüşvətlə bağlı böyük qrup ifşa edilib”

Təhsil

3 Fevral 2011, 17:05

“Barəsində bir ildən artıq araşdırma aparılan böyük cinayətkar qrup ifşa olunub. Araşdırma yekunlaşıb və iş məhkəməyə göndərilib”. Modern.az bildirir ki, bu barədə Milli Məclisdə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, həmin qrupun 11 üzvündən 4-ü gömrük əməkdaşıdır.

Komitə sədri bildirib ki, artır zərərsizləşdirilmiş bu dəstə rüşvətxorluqda, saxta sənədlərin hazırlanmasında, rəsmi sənədlərin saxtalaşdırılmasında ittiham olunur: “Hazırda bu istiqamətdə araşdırma davam etdirilir. Dövlət Gömrük Komitəsində daxili təhlükəsizlik idarəsi var. Hər bir gömrük işçisinin davranışı ilə bağlı araşdırmanı bu idarə aparır”.

Aydın Əliyev əlavə edib ki, Dövlət Gömrük Komitəsinin rəsmi saytında “Gömrük əməkdaşları sizinlə necə rəftar edir” başlığı altında link yerləşdirilib və bu link vasitəsilə komitəyə daxil olan məlumatlar dərhal araşdırılır.

Dövlət Gömrük Komitəsi mətbuat xidmətinin məlumatına görə, ötən il həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 17 min 215 hüquqpozma faktı aşkar edilib ki, onlardan 264-ü cinayət xarakterli faktlar olub. 2010-cu ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 147 fakt aşkar olunub və bu faktlar üzrə 319 kiloqram 98 qram narkotik vasitə tutulub. Aşkar olunmuş faktların təhlili son illər transmilli və mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilən narkoqaçaqmalçılıq hallarının çoxaldığını göstərir. Belə ki, 2010-cu ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 mütəşəkkil cinayətkar dəstə və narkoqrup aşkar olunaraq zərərsizləşdirilib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat