Modern.az

Qafqaz Universitetinin adı “Socar University” olacaq? - AÇIQLAMA

Qafqaz Universitetinin adı “Socar University” olacaq? - AÇIQLAMA

2 Sentyabr 2016, 13:01

“Qafqaz Universitetin adının və loqosunun dəyişdirilməsi ilə əlaqədar heç bir qərar qəbul edilməyib. Bəzi saytlarda Qafqaz Universitetinin adının dəyişdirilməsi ilə bağlı yayılan informasiyaların heç bir əsası yoxdur”.

Bu sözləri Modern.az-a açıqlamasında Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov deyib.

 “ Belə bir məsələ olmayacaq. Bəzi saytlarda hətta Qafqaz Universitetinin adının dəyişdirilərək “Socar University” qoyulması ilə bağlı saxta loqolar da yayılıb. Bütün bunların da heç bir əsası yoxdur və tamamilə yalan xəbərlərdir”.

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə