Modern.az saytının məlumatına görə, hazırda respublikanın Qərb bölgəsində səfərdə olan Prezident İlham Əliyev artlıq Qazax və Tovuz rayonlarına səfərini yekunlaşdıraraq Gəncə şəhərinə gedib.
Dövlət başçısının Gəncədə ötən ildən əsaslı təmirə dayanmış Xan Bağının açılışında, İmamzadə Kompleksində və Gəncə Regional İnformasiya Mərkəzində aparılan yenidənqurma, təmir işləri ilə yaxından tanış olacağı gözlənilir. Onun Gəncə istimayyəti ilə görüşəcəyi, Yevlax-Gəncə avtomobil yolununa açılışına qatılacağı bildirlir.
İlham Əliyevin bu gün Samuxda da olacaq, sabah Naftalan və Goranboya gedəcək. Prezidentin bir sıra obyektlərin açılışında iştirakı planlaşdırılıb.
Xalq Qurbanov
Gəncə