Modern.az

Rəşad Sadıqov məsələsi həll olundu!

Rəşad Sadıqov məsələsi həll olundu!

9 Fevral 2011, 17:50

«Qarabağ»ın direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov və klubun aşağı yaş qrupu üzrə komandalarının rəhbəri Həmdi Serpil Tuzun dünən «Eskişehirspor» komandasının baş məşqçisi Bülənt Uyğunla danışıqlar aparmaq üçün Türkiyəyə yola düşüblər. Səfərdə məqsəd milli komandamızın «Eskişehirspor»da çıxış edən kapitanı Rəşad Sadıqovun «Qarabağ»a keçidi məsələsini həll etmək olub.

Hazırda Türkiyədə olan «Qarabağ» klubunun direktoru Əmrah Çəlikəl qol.az saytına verdiyi eksklüziv açıqlamada Rəşadın «Qarabağ»a transferi ilə bağlı məsələlərin böyük ölçüdə yoluna qoyulduğunu deyib. «Bu məsələdə əsas məsələ baş məşqçi Bülənt Uyğunun razılığını almaq idi. Bülənt Uyğun Rəşadın «Qarabağ»a keçidinə razılıq verib. Sabah Rəşad Türkiyəyə gələrək klub rəhbərliyi ilə danışıqlar aparacaq. Çünki Rəşadın «Eskişehirspor»la hələ 1,5 illik müqaviləsi var. Biz inanırıq ki, Rəşad bu məsələni yoluna qoyacaq».
Əmrah Çəlikəl bütün məsələlər yoluna qoyulduqdan sonra artıq bu həftə Rəşadın «Qəbələ»ylə matçda «Qarabağ»a kömək edəcəyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat