Modern.az

Həmsədrlər yenə Bakıdadırlar

Həmsədrlər yenə Bakıdadırlar

10 Fevral 2011, 15:40

ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya), Bernar Fasye (Fransa) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik regiona növbəti səfərləri çərçivəsində Azərbaycana gəliblər.

Səfər çərçivəsində onların Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşü planlaşdırılır.

Həmsədrlərin regiona səfəri fevralın 9-da başlayıb. Onlar bundan əvvəl Ermənistanda olublar. Ermənistan prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat