Modern.az

İlham Əliyev: "Ərzaq təhlükəsizliyi ilə bağlı çox böyük narahatlıq var..."

İlham Əliyev: "Ərzaq təhlükəsizliyi ilə bağlı çox böyük narahatlıq var..."

11 Fevral 2011, 10:33

Respublikanın Qərb regionuna səfəri çərçivəsində Samux rayonunda ictimaiyyət nümayəndələri ilə görüşən Prezident İlham Əliyev Azərbaycanın iqtisadiyyatı, kənd təsərrüfatındakı vəziyyətə toxunub.
(AzərTAc).
“Bu yaxınlarda verdiyim tapşırıqlar əsasında indi Azərbaycanda taxılçılığın inkişafı üçün böyük fermer təsərrüfatlarının yaradılmasından ötrü boş torpaq sahələri axtarılır. Yaxın vaxtlarda o torpaqlar müəyyən ediləcək və dövlət tərəfindən bütün infrastruktur təminatı - elektrik enerjisi, su təminatı təşkil ediləcək ki, Azərbaycanda kənd təsərrüfatı, xüsusilə taxılçılıq sahəsində daha da böyük uğurlara nail olaq. Biz elə etməliyik ki, əsas ərzaq məhsulları ilə özümüzü təmin edək. Artıq bu yolda çox böyük uğurlara biz nail olmuşuq”deyə İ.Əliyev qeyd edib.
Dövlət başçısının sözlərinə görə, hazırda Azərbaycan bitkiçilikdə və quşçuluq sənayesində özünü təmin etmək imkanları təxminən 70 faiz səviyyəsindədir. Ət, süd məhsulları, bitki yağları, şəkər və digər əsas ərzaq məhsulları ilə demək olar ki, Azərbaycan özünü 100 faiz, yaxud da 90-95 faiz təmin edir.
“Bu bizə nə verəcək? İlk növbədə, yerli istehsalın inkişafı daha da sürətlə gedəcək, digər tərəfdən, ərzaq təhlükəsizliyimizi təmin edəcəyik. İndi dünyada ərzaq təhlükəsizliyi haqqında ciddi söhbətlər gedir, müzakirələr aparılır. Çox böyük narahatlıq var ki, ərzaq təhlükəsizliyi məsələləri dünya miqyasında qabarıq şəkildə birinci plana çıxa bilər. Belə olan halda, əlbəttə ki, insanlar böyük çətinliklərlə üzləşə bilərlər. Biz elə etməliyik ki, Azərbaycanda istehlak olunan ərzaq məhsullarının 100 faizi ölkəmizdə istehsal olunsun. Bundan əlavə, biz öz məhsullarımızla xarici bazarlara da çıxmalıyıq. Bizim məhsullarımız həm təbiidir, həm keyfiyyətlidir, həm də hazırda yeni texnologiyalar əsasında tikilmiş zavodlar, fabriklər dünya səviyyəli məhsul istehsalına şərait yaradır.
Azərbaycanın hər bir rayonu üzrə konkret proqram var, iş cədvəli var. Yerli icra orqanları bu işləri aparır və aparmalıdırlar. Mərkəzi orqanlar tərəfindən görülən işlər, verilən tövsiyələr, ayrılan vəsait isə əlbəttə ki, bu işlərin daha da səmərəli aparılmasına xidmət göstərir”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat