Misir prezidenti Hüsnu Mübarəkin istefa etməyəcəyini açıqlaması ölkədə yenidən iğtişaşlara səbəb olub. Nümayişçilər Prezident sarayı, Dövlət Televiziyası və İnformasiya Nazirliyinin binasını mühasirəyə alıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Misir Ordusunun bəzi zabitləri də etirazçılara qatılıb. Bu gün gün cümə namazından sonra böyük miqyaslı nümayşlər başlayıb. Müxalifət nünayəndələri Təhrir meydanına 20 milyon adam toplamağa çalışır.
“Əl Ərəbiyə” televiziyası xəbər verib ki, Hüsnü Mübarək ailəsi ilə birgə paytaxt Qahirədən ayrılıb.
Xəbərdə bildirlir ki, Mübarək hərbi hava limanından ayrılaraq bilinməyən bir yerə gedib.
Mübarəkin dünənki şərhində istefa verməyib, yalnız səlahiyyətlərinin bir qisimini köməkçisi Ömər Süleymana təhvil verməsi barəsə açıqlaması etirazçıları qızışdırıb.
Hazırda yalnız Qahirədə deyil, xristianların sıxlıqda yaşadığı İskəndəriyyədə xalq küçələrə çıxıb.
Etirazçılar, "Mübarək rədd ol", "Nə Mübarəyi, nə Süleymanı, nə də ordunu istəyirik" şüarları səsləndirilər.
Modern.az