İstefası Mübarəkdi...
18 gündür Misir xalqının "İstefa!" çağırışlarına müqavimət göstərən dövlət başçısı Hüsnü Mübarək nəhayət istefa verdi. Vitse-prezident Ömər Süleyman televiziya ilə çıxış edərək "Mübarək səlahiyyətlərini orduya təhvil verdi" deyib. Mübarəkin istefası Misirin Təhrir meydanını bayram yerinə çevirdi.
Modern.az-ın məlumatına görə, misirli müxalif lideri Məhəmməd Əl Baradey prezidentin istefasının ardından "bu həyatımdakı ən mükəmməl gündür. Ölkə azadlığa qovuşdu" deyib.
Qahirədə hazırda sevinc nümayişləri başlayıb.
Modern.az