Modern.az

"Alfa Sığorta"nın uğuru...

"Alfa Sığorta"nın uğuru...

12 Fevral 2011, 21:15

"Alfa Sığorta" bu il iki milyon yarım mükafat yığmaq istəyir. Əsas diqqət avtomobillərin KASKO sığortasına yönəldiləcək, amma diversifikasiya sayəsində kənd təsərrüfatı sığortası üzrə yığım da artırılacaq. ("Turan" İA)

Şirkətin İdarə Heyətinin sədri Xəyal Məmmədxanlı bildirib ki, ötənilki göstərici (2 milyon 268,09 min manat) gözlənilməz olmayıb. Belə ki, şirkət 2 milyon manat planlaşdırılıb və 12 faiz çox yığılıb.

Onun sözlərinə görə, ötən il müştərilərə ödənişlər üzrə bütün növlərdə rekord vurulub: “İlin yekunu üçün 287,68 min manat ödəniş edilib. Bu, əvvəlki ildəkindən 27,7 min manat (10,7 faiz) çoxdur. Avtosığorta üzrə 155,74 min manat, mal-qara itkisi üzrə 52,44 min manat, bədbəxt hadisələr üzrə 42,1 min manat kompensasiya edilib. KTS üzrə 5,97 min manat, yanğın üzrə 24,39 manat ödəniş olub. Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə 2,54 min manat ödənilib”.

X. Məmmədxanlı deyir ki, icbari növlər üzrə ödənişlər 4,5 min manatdır, bundan 2 min manat nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 2,5 min manat yanğından icbari sığorta üzrədir.

Ekspertlər hələ ötən ilin aprelində demişdilər ki, "Alfa Sığorta"da uğurlar olacaq. Ötən il bu maliyyə strukturu cəmi 2 milyon 268,09 min manat mükafat yığıb. Bu, 2008-ci milin eyni dövründəkindən milyon manat çoxdur. 2009-cu ilin göstəriciləri ilə müqayisəyə etməyə dəyməz - həmin il 930 min manat yığım olmuşdu (2,4 dəfə fərq).

Qeyd edək ki, "Alfa Sigorta" şirkəti 1997-ci ildə təsis edilib. Şirkət 21 könüllü, 4 icbari sığorta növü üzrə xidmət göstərir. 2008-ci ilin fevralında müddətsiz lisenziya alıb. Yeganə təsisçisi və əsas səhmdarı "Texnikabank"dır. Şirkətin nizamnamə kapitalı 3,1 milyon manatdır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat