Modern.az

Hafiz Hacıyev birgə mitinq üçün müxalifətə müraciət edib

Hafiz Hacıyev birgə mitinq üçün müxalifətə müraciət edib

14 Fevral 2011, 14:13

Müasir Müsavat Partiyasının İdarə Heyətində ölkədə məmur özbaşınalığı, korrupsiya, sosial problemlərin artmasının əhali arasında böyük narazılıqlara səbəb olması məsələsi müzakirəyə çıxarılıb və respublika daxilində sosial partlayışın qarşısını almaq məqsədi və təkrar parlament seçkilərinin keçirilməsi tələbi ilə etiraz aksiyaları keçirmək qərarı qəbul edilib.

Qeyd edək ki, partiya rəhbərliyi bu günlərdə qərara alıb ki, aksiyaların ictimai xarakter alması məqsədilə digər siyasi təşkilatlara müraciət etsin. MMP rəhbərliyindən verilən məlumata görə bu istiqamətdə bu gün bir neçə partiya rəhbəri ilə artıq danışıqlar aparılıb.

Partiyanın mətbuat xidməti bildidb ki, yaxın günlərdə danışıqların nəticəsi ilə bağlı mətbuata geniş açıqlama veriləcək.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat