Modern.az

Göygöldə bir qadını zorlayan beş nəfərlik dəstə yaxalanıb (FOTO)

Göygöldə bir qadını zorlayan beş nəfərlik dəstə yaxalanıb (FOTO)

Təhsil

14 Fevral 2011, 15:51


Göygöl rayonunun polisi 2010-cu ilin noyabr ayında Topalhəsənli kəndində qrup şəkilində törədilən qətl hadisəsinin üstünü açmağa müvəffəq olub. Modern.az-ın hüquq-mühafizə orqanlarına istinadla verdiyi məlumata görə, dindirilmə zamanı saxlanılanlar törətdikləri hadisəni etiraf ediblər.   

Məlumata görə, beş sərxoş dost Topalhəsənlı kənd sakini Cavid Fuad oğlu Əmiraslanovun hərbi xidmətə yola salınması məqəsdilə təşkil edilən şənlikdə yeyib-içdikdən sonra həmkəndliləri 1956-cı il təvəllüdlü Güləbat Əfəndi qızı Namazovanı qaçıraraq onu zorla yolun kənarındakı sahibsız tikiliyə gətiriblər. Öncə qadına cinsi təcavüz edən dostlar daha sonra onu döyərək qətlə yetiriblər.

Göygöl polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəsi törətməkdə şübhəli bilinən Topalhəsənli kənd sakinləri 1987-ci il təvəllüdlü Kamil Nemət oğlu Yusibov, 1979-cu il təvəllüdlü Vüqar Məsim oğlu Cəfərov, 1993-cü il təvəllüdlü Borah Hafiz oğlu Musayev,1983-cü il təvəllüdlü Elgün Əliş oğlu  Məhərrəmov istintaqa cəlb ediliblər.

Göygöl rayon Polis Şöbəsinin rəis müavini  Habil Əmiraslanovun bildirdiyinə görə, Cavid Fuad oğlu Əmiraslanov hərbi xidmətdə olduğu üçün onun tutulub rayon prokurorluğuna təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Cavid Əmiraslanovun gətirilməsi ilə əlaqədar Göygöl Polis Şöbəsinin əməliyyat qrupu Cəlilabada yola düşüb.

Saxlanılanlardan Vüqar Cəfərov oğurluq etdiyi üçün əvvəllər də məhkumluq həyatı yaşayıb. Saxlanılan şəxslər törətdikləri əməldən peşmançılıq hissi keçirdiklərini bildiriblər. Bildirək ki, qətlə yetirilən şəxs Topalhəsənli bələdiyyəsində mühasib vəzifəsində işləyib. Güləbat Namazovanın bacısı Kifayət Namazova bildirir ki, mərhumun üzərində zorakılıq əlamətləri olub.    Faktla bağlı Göygöl rayon prokurorluğunda istintaq davam edir, araşdırmalar aparılır.

Xaliq Qurbanov
Gəncə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat