Modern.az

Azay Quliyev İraq səfiri ilə görüşüb

Azay Quliyev İraq səfiri ilə görüşüb

14 Fevral 2011, 16:44


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev İraqın Azərbaycandakı səfiri Heydər Əlbarrakla görüşüb.

Şuranın ofisində keçən görüşdə cənab səfir H.Əlbarrak Azərbaycanda QHT sektorunun fəaliyyəti, QHT-lərin dövlət tərəfindən dəstəklənməsi, QHT qanunvericiliyi, QHT-hökumət münasibətləri və digər məsələlər üzrə əldə edilmiş təcrübəyə İraq hökuməti müvafiq strukturlarının maraq göstərdiyini ifadə edib. Səfir H.Əlbarrak iki dost ölkənin QHT-ləri arasında əməkdaşlıq əlaqələrinin yaradılmasının vacibliyini qeyd edib.

Şura sədri A.Quliyev qonağa Azərbaycan QHT sektorunun inkişaf mərhələləri haqqında məlumat verərək, son üç-dörd ildə ölkəmizdə QHT-lərin inkişafı və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi üçün həyata keçirilmiş mühüm işlərdən danışıb. A.Quliyev prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Azərbaycan QHT-lərinin inkişaf konsepsiyası üzrə QHT-lərə dövlət tərəfindən hərtərəfli dəstək verildiyini vurğulayaraq, Şuranın yaradılması, strukturu və fəaliyyəti haqqında qonağı məlumatlandırıb.   

Görüşdə İraq və Azərbaycan qeyri-hökumət təşkilatlarının mümkün əməkdaşlığı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.           


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat