“Fevralın 13-də Biləsuvar rayonu ərazisində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən Seymur Babayev 1 kiloqram həşişi satarkən ona yaxınlaşan polis əməkdaşı istiqamətində tapançadan atəş açmış, bu zaman xəsarət alan olmamışdır”.
Modern.az saytının məlumatına görə, xəbəri Daxili İşlər Nazirliyi yayıb. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində S.Babayev zərərsizləşdirilərək tutulub. Ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança və 25 kiloqram 220 qram həşiş götürülüb.
Modern.az