Modern.az

Ziya Məmmədov da antikorrupsiya iclası keçirdi

Ziya Məmmədov da antikorrupsiya iclası keçirdi

15 Fevral 2011, 19:05

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Nəqliyyat Nazirliyində də kollegiya iclası keçirilib. Modern.az-ın məlumatına görə, iclasda nazirliyin müvafiq qurumlarının  rəhbərləri iştirak edib.

Kollegiyanın sədri, nəqliyyat naziri Ziya Məmmədov çıxışına Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yanvarın 27-də keçirilən iclasında qaldırılmış məsələlərlə başladı və əlavə olaraq Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev Azərbaycanda bürokratik əngəllərin aradan qaldırılmasına, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin daha da ciddi aparılmasında ictimai nəzarətin gücləndirilməsinə dair müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırıb.

Kollegiyanın işində dövlət başcısının tövsiyə və tapşırıqlarına uyğun olaraq nazirliyinin müvafiq strukturlarının  fəaliyyətində şəffaflığın artırılması üzrə qarşıda duran vəzifələr təhlil olunub.

Z.Məmmədov qeyd edib ki, bu məsələ ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin söylədiyi irad və tövsiyələr ciddi olaraq müzakirə olunmalı və qarşıya qoyulmuş vəzifələrin icra edilməsi üçün konkret tədbirlər görülməlidir. Nazirlik tərəfindən dəniz, dəmir yolu, avtomobil yolu və avtomobil nəqliyyatı sahəsində verilən tapşırıq və tövsiyələrə diqqət artırılmalı, nəzarət mexanizmi, xüsusilə daxili nəzarət daha da  gücləndirilməlidir.
Qeyd edildi ki, nəqliyyat infrastrukturu iqtisadiyyatın ən önəmli sahələrindən biri kimi dövlətin nəzarətindədir. Kollegiyada o da vurğulanıb ki, nazirliyin qaynar xətti aktivləşdirilməli və  daxil olan müraciətlərə həssaslıqla yanaşılmalıdır. Kollegiya sədri bütün təsərrüfat rəhbərlərinə lisenziyaların verilməsi və rüsumların yığılması qaydalarının qanunvericiliyə uyğun şəkildə aparılmasını ciddi şəkildə tapşırıb. Eyni zamanda nazir Z.Məmmədov şəffaflığın daha da artırılması, korrupsiyaya, süründürməçiliyə qarşı mübarizə sahəsində tədbirlərin bundan sonra da intensiv şəkildə davam etdirilməsinin, həmçinin nəqliyyatda təhlükəsizlik məsələlərinə diqqətin artırılmasının zəruriliyini vurğulayıb.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat