Modern.az

Azərbaycanda yeni şəxsiyyət vəsiqələri hazırlanacaq

Azərbaycanda yeni şəxsiyyət vəsiqələri hazırlanacaq

15 Fevral 2011, 20:17

Fevralın 15-də Prezident İlham Əliyev vətəndaşların biometrik informasiya texnologiyaları əsasında yeni nəsil şəxsiyyət vəsiqəsinin istehsalı və tətbiqi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti üç ay müddətində elektron daşıyıcısı (çip) olan Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.
Elektron daşıyıcıda (çipdə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı və ailə vəziyyəti haqqında məlumatlar, habelə barmaq izi və digər fərdi biometrik göstəricilər yerləşdiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat