Bu gün British Midland International (bmi) şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) əfsanəvi Azərbaycan hakimi Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş müsabiqənin qalibini elan edib. AFFA-dan Modern.az-a bildirilib ki, Vüqar İsmayılov ən çox suala ən tez düzgün cavab verdiyi üçün bmi şirkətindən Londona ikiistiqamətli billet qazanıb.
Fevralın 3-dən fevralın 10-na kimi davam edən müsabiqədə 40-dan çox insan iştirak edib. Suallar AFFA-nın İnternet səhifəsində yerləşdirilib və Tofiq Bəhramovun həyatı, nailiyyətləri və onun Britaniyanın futbol tarixinə təsiri haqda idi.
Modern.az