Modern.az

Sosial xidmətlə bağlı qanun layihəsi də MM-ə tövsiyyə olunub

Sosial xidmətlə bağlı qanun layihəsi də MM-ə tövsiyyə olunub

16 Fevral 2011, 18:14
Bu gün Parlamentin Sosial Siyasət Komitəsində «Sosial xidmət haqqında» yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Komitənin sədri Hadi Rəcəbli bildirib ki, sosial xidmətlə bağlı qanunvericilik aktının hazırlanması xeyli müddət müzakirə mövzusu olub: “Artıq bu yöndə qanun layihəsi hazırlanıb və müzakirəmizə təqdim olunub. Hesab edirəm ki, bu qanun insanlarımızın, xüsusilə, sosial müdafiəyə, sosial xidmətə ehtiyajı olanların sosial-rifah halının yaxşılaşmasına kömək göstərəcək». Qanun layihəsi ilə bağlı məlumat verən parlamentin Sosial qanunvericilik şöbəsinin bölmə müdiri Adil Vəliyev bildirib ki, mövcud qanunvericilik aktı Azərbaycanda çətin həyat şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək, eləcə də bu sahədə yaranan münasibətləri tənzimləyəcək. Onun sözlərinə görə, bu sənəd qəbul olunacağı təqdirdə, sosial xidmətə ehtiyacı olan Azərbaycan vətəndaşlarına, o cümlədən, ölkəmizdə daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil olunacaq.

Ümumiyyətlə, qanun layihəsində göstərilir ki, çətin həyat şəraitində olan şəxs (ailə) sosial xidmət göstərilməsi üçün müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edə bilər. Bununla belə, çətin həyat şəraitində olan şəxsin (ailənin) maraqları çərçivəsində, müstəqil şəkildə müraciət etməməyinin səbəbləri göstərilməklə yanaşı, ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri, qəyyumu, himayəçisi, digər qanuni nümayəndəsi də sosial xidmət göstərilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Qanun layihəsində eyni zamanda qeyd olunur ki, ali və ya orta peşə-ixtisas təhsili, müvafiq peşə hazırlığı olan şəxslər sosial xidmət sahəsində peşəkar fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər. Həmçinin, müvafiq ijra hakimiyyəti, yaxud, sosial xidmət müəsissələri ilə bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən sosial- məişət xidmətləri göstərmək üçün peşə hazırlığı olmayan şəxslər də bu işə cəlb oluna bilərlər.
Qanun layihəsi ilə bağlı məlumat dinlənildikdən sonra onun ətrafında müzakirələr aparılıb və sənədin parlamentin plenar iclasına tövsiyə olunması qərara alınıb.  

Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat