Modern.az

Prezidentdən sərt addım: rüşvət alan məmur onun 100 misli qədər cərimələnəcək

Prezidentdən sərt addım: rüşvət alan məmur onun 100 misli qədər cərimələnəcək

16 Fevral 2011, 18:36

Rusiya prezident Dmitri Medvedev ölkədə baş qaldıran rüşvətxorluq və korrupsiyanın qarşısını almaq üçün sərt təklif irəli sürüb. O, bildirib ki, vəzifə səlahiyyətindən istifadə etməklə insanlardan rüşvət alan dövlət məmurları aldıqları rüşvətin 100 mislində cərimələnməlidir.

Modern.az saytı Rusiya mətbuatına istinadən bildirir ki, Kreml rüşvət alan, verən və buna şərait yardan insanları da Rusiya cəza qanunu ilə sərt cəzalandıracaq.

Rusiya cəza qanununa ediləcək bu dəyişikliklə bağlı yaxın vaxtlardə Dumada müzakirlərin aparılması gözlənilir.

Rusiya prezidentinin bu çıxışı insanlar tərəfindən müsbət qarşılanıb. Analitiklər hesab edirlər ki, Medvedevin bu addımı hakimiyyətə gəldiyi gündən bu zamana kimi atdığı ən sərt addımdır.

İqisadiyyatı əsasən neft və qazdan daxil olan gəlirlərdən ibarət Rusiya ölkəyə xarici investorlar cəlb etmək üçün yoxsulluğu minumum həddə endirməyə çalışır.

Statistikaya görə, ötən il Rusiyada rüşvət faktı 25% artıb. Bununla bağlı mətbuatda yayılan məlumata görə, Moskvada bir məmur orta hesabla 20 min dollar rüşvət alır. Bu göstərici ölkənin digər əyalət və şəhərlərində təxminən 20 qat çoxdur. Xəbərdə o da göstərilib ki, Moskvanın rəhbər şəxsləri 51 milyon dollar pul mənimsəyiblər. Odur ki, bütün bu neqativ hallarla bağlı ötən il 500-dən çox insana qarşı cinayət işi açılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat