Modern.az

Maliyyə Nazirliyi konfrans keçirəcək

Maliyyə Nazirliyi konfrans keçirəcək

Təhsil

17 Fevral 2011, 12:32

Mühasibat uçotu və audit sahəsində ölkədə aparılan islahatların, o cümlədən Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) üzrə nəticələrin müzakirə edilməsi məqsədilə Maliyyə Nazirliyinin təşkilatçılığı ilə 25 fevral 2011-ci il tarixində “Milli Mühasibat Uçotu sistemində islahatlar: ilkin nəticələr” mövzuda konfrans keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, konfransda milli mühasibat uçotu sisteminin təkmilləşdirilməsi, mühasibat və maliyyə uçotu sahəsində görüləcək işlər, korporativ və büdcə sektorları üzrə maliyyə hesabatlarında şəffaflığın və hesabatların peşəkar səviyyəsinin artırılması, mühasibat və audit sahəsində maarifləndirmə işinin təşkili ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.

 
Konfransda müxtəlif dövlət orqanlarının, içtimai əhəmiyyətli qurumların, bank və sığorta təşkilatların, ali təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatlarının, habelə Dünya Bankının və digər maraqlı tərəflərin nümayəndələrinin iştirakı gözlənilir.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat