Modern.az

Növbəti Misir Liviya olacaq

Növbəti Misir Liviya olacaq

17 Fevral 2011, 14:02

Liviyada hökumət əleyhinə dünəndən başlayan kütləvi aksiyalar bu gün də davam edib. Modern.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə, aksiyalarda hökumət əlehdarları ilə polis arasında şiddətli toqquşma baş verib. Qeydə alınan toqquşmalarda 4 aksiyaçı ölüb, 38 nəfər isə yaralanıb.

Benqazi şəhərində 42 illik Qəddafi rejiminə qarşı başlayan aksiyaların bu gün hökumət binalarının qarşısında davam edəcəyi gözlənilir. İnsanlar hökumətə olan nifrətlərini müxtəlif şüarlarla ifadə ediblər. Onlar “La ilahə illallah, Muəmmər Allahın düşmənidir” şüarı da dilə gətiriblər. Mitinq işritakçıları prezidentlə yanaşı, baş nazir Bağdadi əl-Mahmudinin də istefa etməsini tələb edirlər.

Liviya hökuməti ölkəni bürüyən etiraz dağlasının qarşısını almaq üçün yeni yola əl atıb. Belə ki, uzun müddətdir həbs həyatı yaşayan 110 məhkumu azadlığa buraxıb. Lakin bu, nümayişçilərə geri addım atmağa heç də müsbət təsir etməyib.

İlkin ehtimallara görə, etiraz aksiyaları “Facebook” sosial şəbəkəsi vasitəsi ilə həyata keçirilir.

Bəhreyndə isə küçələrə çıxan geniş xalq kütləsi ilə hüquq-mühafizə orqanları arasında baş verən qanlı toqquşmalar insan tələfatına səbəb olub. İlkin məlumatlara görə,  polis aksiyaları dağıtmaq üçün odlu silahdan və gözyaşardıcı qazlardan istifadə edib. Nəticədə 3 nəfər dünyasını dəyişib, 50-dən çox insan isə ağır yaralanıb. Müxalifət tərəfdarları bütün bunlara baxmayaraq, tutduqları mövqedən əl çəkməyəcəklərini bildiriblər.

Bütövlükdə şiə məzhəbinin çoxluq təklil etdiyi Bəhreyndə aksiyaların yaxın günlərdə daha da şiddətli olacağı gözlənilir.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat